SSaveUp

Dəstək və tez-tez verilən suallar

Cavabı tapmadınız? destek@saveup.az — iş günləri 10:00–18:00.

SaveUp nədir və pulludurmu?

SaveUp mağazaların endirim kampaniyalarını bir yerə toplayan tətbiqdir. İstifadəsi tamamilə pulsuzdur — abunə haqqı yoxdur və tətbiq içində heç bir ödəniş aparılmır.

Kodu necə alıram?

Kuponu açın, «Kodu al» düyməsinə basın. Kod almaq üçün hesab lazımdır (e-poçt və ya Google ilə). Kod dərhal yaranır və «Kodlarım» bölməsində saxlanılır.

Kodu mağazada necə istifadə edirəm?

Ödənişdən əvvəl «Kodlarım» bölməsindən kodu açın və kassirə QR kodu göstərin. Kassir skan edir, endirim çekə tətbiq olunur. Kod bir dəfə işləyir.

Kod işləmədi, nə edim?

Əvvəlcə kodun müddətinin bitmədiyini və kuponun minimum məbləğ şərtini yoxlayın. Problem davam edərsə çekin şəklini destek@saveup.az ünvanına göndərin — mağaza ilə birlikdə araşdırırıq.

Eyni kuponu iki dəfə ala bilərəmmi?

Əksər kuponlar bir istifadəçiyə bir dəfə verilir. Kuponun səhifəsində bu şərt göstərilir.

Qeydiyyatsız istifadə edə bilərəmmi?

Bəli. Mağazalara və kuponlara baxmaq üçün qeydiyyat tələb olunmur; yalnız kod almaq üçün hesab lazımdır.

Bildirişləri necə söndürürəm?

Profil → Bildiriş ayarları bölməsindən növ-növ söndürə bilərsiniz (yeni kuponlar, bitməyə az qalanlar, xəbərlər).

Məkan icazəsi nəyə lazımdır?

«Yaxınlığımdakılar» funksiyası üçün. İcazə verməsəniz də tətbiq tam işləyir — sadəcə mağazalar məsafəyə görə sıralanmır.

Hesabımı necə silirəm?

Tətbiqdə: Profil → Hesabı sil. Saytda: saveup /hesabi-sil səhifəsi. Silmə dərhal icra olunur və geri qaytarılmır.

Mağazayam, SaveUp-a necə qoşulum?

«Biznes üçün» səhifəsindəki formu doldurun, komandamız 1–2 iş günü ərzində əlaqə saxlayır. Qoşulmaq pulsuzdur; komissiya yalnız real istifadə olunan kodlardan tutulur.

Hələ də kömək lazımdır?

Bizə yazarkən bunları əlavə edin: hesabınızın e-poçtu, kodun özü (məsələn WOLT-4F2A9B), mağazanın adı və tarix. Beləliklə problemi daha tez həll edirik.

E-poçt yaz